Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əkin sahələrimiz, yaylaqlarımız satılıb, nə ilə dolanaq?” - Bakıda Əhəd Abıyevə qarşı aksiya

Bu gün, mayın 24-də Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirib.

"Turan" xəbər verir ki, kənd sakinləri sosial durumlarının ağırlığından şikayət edib, kəndin əkin və otlaq sahələrinin rüşvət müqabilində varlı şəxslərin istifadəsinə verildiyini bildiriblər.

Kənd sakinləri Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevi günahlandırıblar.

“Kənd camaatı aciz vəziyyətdə qalıb. Öz pulumuza su borusu almışıq, amma onları satıblar. Kənddə qaz, su, asfalt yol yoxdur. Örüş yerlərimiz, əkin sahələrimiz, yaylaqlarımız pul müqabilində varlı adamların istifadəsinə verilib. Kənd camaatının mal-qoyun saxlamaqdan başqa məşğuliyyəti yoxdur. Örüş sahələrimiz satıldığından ondan da istifadə edə bilmirik. Biz nə ilə dolanaq? Bu suala cavab almaq üçün gəlmişik”, - deyə kənd sakini Rəna Bağırova qeyd edib.

Digər kənd sakini deyib ki, icra başçısı Əhəd Abıyev etirazçılara zəng edib. “İcra hakimiyyəti başçısı zəng edib deyir ki, etirazı dayandırın, bütün tələbləriniz yerinə yetiriləcək. Amma on ildir, eyni sözləri təkrar edir, kənd camaatının tələbini yerinə yetirmir”, - başqa bir etirazçı bildirib. Bu zaman Arif adlı vəzifəli şəxs etirazçılardan birinə zəng edib. Etirazçı bildirib ki, onun müharibədə həlak olmuş oğlunun və müharibə iştirakçısı olan digər oğlunun torpaqları varlı adamlara satılıb və orada villalar tikilib.

“Siz Gəncə şəhərində qeydiyyatdasınız. Torpaqlarınız heç kimin istifadəsinə verilməyib. Özünüz və oğlanlarınızın torpaq sahələri barədə rəsmi müraciət edin, araşdıraq”, - deyə Arif adlı şəxs deyib.

Daşkəsən Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev "Turan"-a bildirib ki, Prezident Administrasiyasının qarşısına toplaşan şəxslərin tələblərinin rayon icra hakimiyyətinə aiddiyyatı yoxdur. Onlar çıxışlarında irəli sürdükləri tələblərlə rayon icra hakimiyətinin nüfuzuna xələ gətirib. “Torpaq islahatları haqqında” Qanunun tələblərinə uyğun olaraq, Xoşbulaq kənd sakinlərinin istifadəsinə əkin, biçənək və örüş sahələri verilib. Kənd sakinlərinin ümumi istifadəsində 2629 hektar əkin, biçənək və örüş sahələri var. Sakinlərin bu qədər sahələrdə otarılacaq qədər mal-qoyunu belə yoxdur”, - o qeyd edib.

İcra başçısının sözlərinə görə, rayonun yay otlaq sahələrinin bir qismi KəlbəcərLaçın rayonlarından olan 73 məcburi köçkün olan təsərrüfat sahibinə icarəyə verilib. “Bu torpaq sahələrinin Xoşbulaq kəndinə aidiyyatı yoxdur. Həmin torpaqlar qanunvericiliyə uyğun olaraq artıq 30 ildir icarəyə verilib. Buna baxmayaraq, Prezident Administrasiyasının binası qarşısına gedən həmin qrup kənd sakininin bir neçəsi icarədarların qarşısını kəsib, onların çadırlarını yandırıb. Onlardan tələb ediblər ki, rayonunuz azad edilib və daha bu torpaqlara gəlməyin. Həmin 73 icarədar şikayət edib. İyulun 1-də rayon məhkəməsi həmin şikayətə baxacaq. İndi icarədarların qarşısını kəsən bir neçə şəxs öz analarını, qohumlarını toplayaraq məhkəməyə mane olmaq üçün Prezident Administrasiyasının qarşısına gediblər”, - Abıyev qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Azərbaycanın iki güləşçisi dünya çempionatının qızıl medalını qazanıb

Ən çox oxunanalar